Ardeş çayı

coğ. Ardèche (le fleuve)

Arden
ardıc
OBASTAN VİKİ
Ardeş (departament)
Ardeş (fr. Ardèche, oks. Ardecha) — Fransa cənubunun mərkəz hissəsindəki departament. Overn—Rona—Alp bölgəsinin bir hissəsi. İdarəetmə Mərkəzi - Priva. Sahəsi - 5529 km². Departament Ronanın qərbindəki dağlıq ərazidə yerləşir. Ardeş, 1790-cı ilin mart ayında qurulan ilk 83 departamentlərdən biridir. Keçmiş Vivari əyalətinin ərazisində yerləşir.
Azovka çayı
Azovka (köhnə adı. Dkopinka) — Rostov vilayəti ərazisindən axan, Don çayının sol qolunu təşkil edən çay. Onun uzunluğu 11 km Bir qədər Azov şəhəri ərazisindən axır. Azovka çayı aşağı axarlarda dayazlıqda üzə bilən kiçik dəniz gəmilərinin hərəkəti üçün əlverişlidir. Yerli yaxt-klublar reqatlar təşkil edir Çay öz başlanğıcını Kuleşovka kəndinin qərb hissəsindən götürür. İlk əvvəl çay şimala axır. Mənsəbə yaxın ərazidən Rostov-na-Donu - Azov avtomagisralı keçir. Kuleşokanın çıxacağında sağdan Lebyaje gölündən bəhrələnir. Sonradan süni şəkildə hazırlanmış kanallarla hərəkət edir. Lebyajo gölündən bəhrələndikdən sonra qərbə istiqamətlənir.
Ağcaqoşun çayı
Ağcaqoşun — Xocavənd və Ağcabədi rayonlarının ərazisindən axan çay (uz.32 km). Azərbaycan dilində rəng bildirən ağca (ağımtıl) və monqol dilində qoşun - "köcəbə" sözlərindən ibarətdir. Göyqoşun (Şamaxı r-nu), Təpəqoşun, Donuzqoşun (Qax r-nu, İlisu k.), Aşağı Qoşun, Bərkqoşun (Ağsu-r-nu, Ləngəbiz k.), İpək qoşun (Oğuz r-nu, Daşağıl k.), Qoşundağ (Ordubad r-nu), Qoşunlar dağı (Qəbələ r-n), Qoşunavar (Laçın rayonu), Koşunkar (Oğuz r-nu), Koşunlu (Ağsu r-n), Qutqaşen indiki (Qəbələ r-nu) " qışlaqda monqolca qoşun "koc" və s. toponimlərlə eynidir.
Babacan çayı
Babacan çayı (erm. Մարց գետի (Мarts qeti)) — Ermənistanda çay. Ən böyük qolu (sol sahildə çaya tökülür) Sarıbulaq çayıdır.
Balharı çayı
Bolqarçay — Azərbaycanın Biləsuvar rayonu ərazisindən axaraq Mahmudçala gölünə tökülür. Uzunluğu 163 km, hövzəsinin sahəsi 2170 km²-dir. Mənbəyini Talış silsiləsində, Qarıçadağın şimal yamacından (1716 m) başlayır. Yuxarı axımından Biləsuvar rayonuna qədər məsafədə Azərbaycanla İran arasında dövlət sərhədini təşkil edir. Çayın illik axımının 90-95%-ni yağış sularından əmələ gəlir. İlin soyuq aylarında yağan yağışlar çayda böyük daşqınlar əmələ gətirir. Yay aylarında çayın suyu tamamilə azalır, bəzi illərdə isə quruyur. Balharı çayının suyunun səmərəli istifadəsi məqsədilə çayın üzərində Bolqarçay su anbarı tikilmişdir. Muğan düzündə suvarılmada Balharı çaynıın müstəsna əhəmiyyəti var. Bolqarçay Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının ərazisindən axır.
Bayandır çayı
Bayandırçay — Laçın rayonu ərazisində çay. Zabuxçayın sağ qolu. Bu ad Tərtər rayonunda bir kəndə də verilmişdir. Qarabağ düzündədir. Yaşayış məntəqəsi Laçın rayonundakı keçmiş Bayandur kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Çayın adı türkdilli Bayandur eli (oğuz tayfalarından biri)in adı ilə əlaqədardır. Bayandurlar orta əsrlərdə Ön Asiyanın və Cənubi Qafqazın siyasi həyatında fəal iştirak etmişlər.
Besyuke çayı
Besyuke (saxa Бөөһүкэ) — Rusiya ərazisində çay. Lena çayının sağ qolu olub, 296 km hündürlükdə ona tökülür. Meyçan və Saxandnya çaylarının qarışmasından əmələ gəlir. Çayın uzunluğu 152 km (Saxandnya-263 km), hövzəsinin sahəsi isə 5780 km²-dir.
Bivane çayı
Bivayn çayı (ing. Bivane river) — Cənubi Afrika Respublikasının Kvazulu-Natal şəhərində yerləşən Ponqola çayının bir qolu. Əsas mənbəyi 2000 m-dən artıq olan Çay Utrextin şimalında — dağlıq ərazidədir. Çay Paulpietersburq və Vrayheid arasından axır və İtala Qeym Reservinin qərb sərhədində Ponqolaya qoşulur. Bivayn çayı üzərində böyük Adisali şəlaləsi vardır. Bivayn su anbarı 2000-ci ildə tikilib. Əkin sahələrinin suvarılması üçün nəzərdə tutulub. Sahibi "İmpala İstifadəçi Birliyi"dir (ing. Impala User Association).
Bivayn çayı
Bivayn çayı (ing. Bivane river) — Cənubi Afrika Respublikasının Kvazulu-Natal şəhərində yerləşən Ponqola çayının bir qolu. Əsas mənbəyi 2000 m-dən artıq olan Çay Utrextin şimalında — dağlıq ərazidədir. Çay Paulpietersburq və Vrayheid arasından axır və İtala Qeym Reservinin qərb sərhədində Ponqolaya qoşulur. Bivayn çayı üzərində böyük Adisali şəlaləsi vardır. Bivayn su anbarı 2000-ci ildə tikilib. Əkin sahələrinin suvarılması üçün nəzərdə tutulub. Sahibi "İmpala İstifadəçi Birliyi"dir (ing. Impala User Association).
Biya çayı
Biya (c.alt. Бий-суу: Bıy — «bəy», suu — «su») — Altay Respublikası və Altay diyarı ərazisindən axan, Ob çayını sağ qolunu təşkil edən çay. Çayın uzunluğu — 301 km, hövzəsinin sahəsi — 37 000 km² təşkil edir. Teleskoe gölündən başlayaraq Katun çayı ilə birləşir, sonradan isə Ob çayın məbərində bu çayı əmələ gətirir. Yuxarı axarkarda çayı suyu nisbətən soyuqdur (10-15 °C), aşağıya doğru isə temperaturu qalxır. Çay turistik məqsədlərlə istifadə edilir. Burada çoxlu sayda astana vardır. Onların hündürlüyü bəzən bir metrə çatır. Əsas astabaları: Yurtok, Pıjinski, Kebezenski, Sarıkoşinski, Turaçok kəndində yerləşən Kipyatok. Sonuncu astana Udalovka kəndində yerləşir.
Brent çayı
Brent — İngiltərənin paytaxtı Londonda uzunluğu 29 km olan çay. Temza çayının əsas qollarından biridir. Bu çay haqqında məlumatlara ilk dəfə 705-ci ildə Londonlu yepiskopun məktubunda rast gəlinirdi. Adının mənşəyi isə Briqant qəbilələrinin adından götürülmüşdür.
Breq çayı
Breq (alm. Breg‎) — Almaniya ərazisindən axan çay. Dunay çayının ən uzun qolu olaraq sol hissədən ona tökülür. Mənsəbinin hündürlüyü 1078 metr yüksəklikdən başlayır. Şvarsvald ərazisindən başlanğıcını götürür. Donauşinqen şəhəri yaxınlığında Briqax çayı ilə birləşir. Breq — slaviyan mənşəli söz olub sahil deməkdir.
Bxaqiratxi çayı
Bxaqiratxi çayı (hind. भागीरथी) — Hind çayının əsas qollarından biri. Himalay dağlarından axan bu çay, Hind ştatlarından Uttarakxanda daxildir. Qanq çayından başlanğıc götürür. Bu çayın mənbəyi Qaumuks rayonundadır. Belə ki, Qanqotri buzlağının aşağı hissəsində Qanqotri kəndinin yaxınlığından başlanğıcını götürür. Mənbəyindən 700 km məsafədə axaraq Alaknandaya Devaprayaq şəhəri yaxınlığında qovuşur. Bundan sonra çay demək olar ki, Qanq adını alır. Bxaqiratxinin Bxilanqnə qovuşan yerində Teri yerləşir. Bu çayın adı Bxaqiratxi kralın adı ilə bağlıdır.
Böyrək çayı
Erkəkcikli böyrəkotu (lat. Orthosiphon stamineus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin böyrəkotu cinsinə aid bitki növü. Erkəkcikli böyrəkotu böyük olmayan həmişəyaşıl kol bitkisidir. Gövdəsi dördtilli, budaqlanan, tünd-bənövşəyi olub, hündürlüyü 30-40 sm-dir. Yarpaqları qarşı-qarşıya, uzunsov-yumurtavari və ya rombvari, pazabənzər əsası və itiuclu zirvəsi vardır. Çiçəkləri monosimmetrik, qarşı-qarşıya düzülmüş çiçək köbəsi zirvədə kəsik-kəsik salxımşəkilli hamaşçiçəklərlə əvəz olunur. Kasacığı zəngşəkilli və ikidodaqlıdır. Çiçək tacı ikidodaqlı, əsası boruşəkilli olub, tutqun-bənövşəyidir. Erkəkciyi 4 ədəd olmaqla, boruşəkilli çiçək tacı vardır. Bütöv və ya sınmış yarpaqları qısasaplaqlı, rombabənzər-ellipsvari və ya uzunsov-yumurtavari, zirvəsi itiuclu və pazabənzər-itiuclu əsasa malik, qismən eşilmiş formalıdır.
Bıstraya çayı
Bıstraya — Rostov vilayətinin ərazisindən axan çay olaraq Şimali Dones çayının sol qolunu təşkil edir. Çayın uzunluğu 218 km təşkil edir. Hövzəsinin sahəsi isə 4460 km² metrdir. Əsasən düzən ərazilərdən axır. Qidalanmasında qar suları üstünlük təşkil edir. Yaxınlığında kömür yatağı vardır. Yuxarı axarları yayda quruyur. Bıstraya Morozovsk şəhəri yaxınlığında bir necə axarın birləşməsindən sonra meydana gəlir. Çay artıq yuxarı axarlardan geniş yatağa sahib olur. Yaverkiev xutorundan yuxarı suyu axarı daimi deyildir.
Cefferson çayı
Cefferson çayı (ing. Jefferson River) — ABŞ-nin Montana ştatı ərazisindən axan çay. Qallatin və Madison çayları ilə birlikdə Missuri çayının yuxarı qollarını təşkil edir. Çayın uzunluğu 134 km, Red-Rok çayı ilə birlikdə 375 km təşkil edir. Hövzəsinin sahəsi 24 688 km²-dir. Çay başlanğıcını 2750 metr yüksəklikdən götürür.
Ceyhan çayı
Ceyhan (tarixən Piramos ya Piramus (yun. Πύραμος), Leukosirus (yun. Λευκόσυρος) və ya Cihun) ―Türkiyənin cənubunda, Anadoluda çay. Ceyhan çayı mənbəyini Türkiyənin Kahramanmaraş vilayətinin Əlbistan qəsəbəsinin cənub-şərqindən, Şərqi Tavr dağ silsiləsinin Nurhak dağlarından, Pınarbaşı adlanan yerdən götürür. Klassik istinadlara görə isə çayın mənbəyi Arabissos şəhəri yaxınlığındakı Kataoniyadadır. Çayın əsas qolları Harman, Göksun, Mağara Gözü, Fırnız, Tekir, Körsulu, Aksu (Kahramanmaraşda Ceyhanla birləşir), Çakur, Susas və Çepercedir. Ceyhan çayının ümumi uzunluğu 509 kilometr (316 mil)-dir. Çay klassik dövrlərdə bir müddət torpağın altı ilə axmış, daha sonra yenidən üzə çıxaraq axınını bərpa etmişdir. Çay Tavr dağlarındakı dərəsi boyu axarkən bəzi yerlərdə o qədər daralırdı ki, Strabon bir itin və ya dovşanın çayın üzərindən sıçrayaraq keçəcəyini iddia edirdi. Çay dərin və sürətli idi və orta eni 600 fut (180 m) idi.
Damodar çayı
Damodar — Hindistanda çay. Qərbi Hindistanın Benqaliya əyalətindəki candva kəndi yaxınlığında, Bəzi dillərdən tərcümədə "müqəddəs su" deməkdir. Çhota Naqpur platosundan başlanır, Hind Qanq ovalığının şərq hissəsi ilə axır və Qanq çayı deltasının Huqli qoluna tökülür. Əsas qolu Bara kardır. Aşağı axını gəmiçiliyə yararlıdır. SES, su anbarları və suvarma kanalları var. Damodar vadisi Hindistanın mühüm sənaye rayonlarındandır. Elektrik enerjisi istehsal etmək üçün çay vadisində bir neçə su elektrik stansiyası tikilmişdir. Çay yağış suları ilə qidalanır. Çayın Uzunluğu 580 kilometrdir, hövzəsinin sahəsi isə 20 min km²-dən çoxdur.
Demini çayı
Demini çayı — Braziliyanın Amazonas ştatının Amazon cəngəlliklərindən axan çaydır. Çay Rio Neqro çayının qolunu əmələ gətirir. Demini çayı həmçinin Serra de Araka Dövlət Parkının ərazisindən axır. 1990-cı ildə Demini çayının mühafizəsi ilə bağlı olaraq 1,818,700 hektarlıq (4,494,000 akrlıq) ərazi salınmışdır. Çay parkın cənub-qərb axınları vasitəsilə Cənubi Rio Neqro çayının axınlarına qoşulur. Toototobi çayının sərhədi yaxınlığında, Venesuelanın Orinoko çayının yuxarılarına yaxın Demini-nin səviyyəsi artır. Yanomani indios bu ərazilərin yerli sakinləridir.
Demyanka çayı
Demyanka — Qərbi Sibir ərazisindən axan və İrtışın sağ qolunu təşkil edən çay. Çay başlanğıcını Vasyuqan bataqlığıdan Omsk vilayətinin şimal-şərqindən götürür. Sonra Tümen vilayətinin Uvatski rayonu ərazisinə keçir. Ən iri qolları: Keum, Tyamka (sağ), Tequs, Urna, İmqıt, Böyük Kunyak (sol). Çayın uzunluğu 1159 km təşkil edir. Su hövzəsinin sahəsi 34800 km², düşməsi 90 metrdir. 50 qolun uzunluğu 10 km çoxdur. Hövzəsinə 1689 su axarı tökülür. Qollarının birlikdə uzunluğu 10 913 km təşkil edir. Çay kənarlarında qarışıq meşələr yayılmışdır.
Desna çayı
Desna çayı (ukr. Десна) — Şərqi Avropada çay. Rusiya və Ukrayna ərazilərindən keçir. Dnepr çayının sol qolunu təşkil etməklə yanaşı həmdə onun ən böyük qoludur. Çayın uzunluğu 1130 km təşkil edir. Novqorod-Sevenski şəhərinə qədər 535 km məsafədə naviqasiya üçün yararlıdır. Daimi naviqasiya isə Jukovka şəhərinə qədərdir. Hövzəsinin sahəsi 88, 9 km²-dir. Adının mənası q.slav. дєснъ — "sağ" deməkdir.
Djardjan çayı
Djardjan çayı (saxa Дьардьаан) — Lena çayının sağ qolu.Yakutiya çayı Çay Siekotendja və Malır Yuryaqe çaylarının birləşməsindən əmələ gəlir. Çayın uzunluğu 297 km (Siekotendja 352 km)-dir. Hövzəsinin sahəsi isə 11 400 кm²-dir. Başlanğıcını Verxoyansk silsiləsinin qərbində olan Oruqlan sıldırımlarından götürüe. Axın istiqaməti əsəsən şərqdən qərbə tərəfdir. Qarışıq qidalanmaya malikdir. Lena və Djardjan arasında balaca Djardjan kəndi yerləşir. Demək olar ki, çay sahili başqa bir kəndə rast gəlinmir.
Djodjora çayı
Djodjora çayı-(oset. Джоджора, Стырдон gürc. ჯეჯორა,)-Cənubi Osetiya və Gürcüstanda çay. Başlanğıcını Baş Qafqaz silsiləsindən götürən bu çay Let kəndi yaxınlığından, Djodjara çayının Letk çayına tökülən yerdən götürür. Onun uzunluğu-45 km, hövzəsinin sahəsi isə-438 кm²-dir. Çayın su sərfi-12,2 m³/s-dir. Çay başlanğıcını Gürcüstanın Oni şəhərindən götürür. Hardakı Djodjora çayı sol tərəfdən Rioni çayına tökülür.
Dnepr çayı
Dnepr (belar. Дняпро, Днепр, ukr. Дніпро, Qıpçaq dillərində Uzeu, krımtat. Özü, osman. اوزی Özü, q.yun. Βορυσθένης, lat. Danapris) — Şərqi Avropada çay. Rusiya, Belorus və Ukrayna ərazilərindən keçir.
Don çayı
Don çayı — uzunluğu 1870 km-dir, Şərqi Avropada yerləşir. Azov dənizinə tökülür, mənbəyini İvan gölündən alır. Çayın adı iskit (yəni qədim iran dillərindən) "su", "çay" deməkdir və qədim hindi dil ilə "damca" bağlıdır. [1] Uzunluğu 1870 km olan don çayı Orta Rusiya yüksəkliyinin 180 metr hündürlüyündən başlayaraq Azov dənizinə tökülür. Çaya bu adı XVII əsrdə Don kazakları vermişdilər. Don düzənlik çayıdır. Orta meyilliyi 0,1%o-ə bərabərdir, enli dərə əmələ gətirir. Dərənin eni aşağı axarında 12–15 km-a çata bilir. Çayın mənsəbi Azov dənizində olan Taqanroq körfəzidir. Mənsəbdə delta əmələ gətirir.